📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadın hakimi vuran futbolçu həbs edildi - VİDEO

2022-08-01 19:35:00

Qadın hakimi vuran futbolçu həbs edildi - VİDEO

Argentina Regional Liqasında keçirilən “İndependensiya de Çaves” və “Deportivo Qarmense” matçında qalmaqal baş verib.

Qarşılaşmada qonaq komandanın futbolçusu Kristian Tiro oyunun qadın baş hakimi Dalma Kortadiyə hücum edib və onu yumruqla vurub. 

O, hakimin qərarından narazı qaldığı üçün bu addımı atıb. Oyun yarımçıq dayandırılıb və futbolçu həbs edilib.

 

 

Qafqazinfo