📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadın özünü benzinlə yandıracaq - 9 İLDİR ALİMENT ALA BİLMİR

2022-04-01 14:07:00

Qadın özünü benzinlə yandıracaq - 9 İLDİR ALİMENT ALA BİLMİR

Şəmkir rayonu, Kür qəsəbə sakini Aynurə Əziz qızı Hacıkərimova redaksiyamıza müraciət edərək bildirir ki, keçmiş həyat yoldaşı Abidi Niyaməddin 9 ildir ki aliment borcunu ödəmir. Üç uşaq anası olan Şəmkir sakininin sözlərinə görə, aliment borcu 9 il ərzində yığılaraq 16 min manata çatıb. Şəmkir rayonunda İcra məmuru Zaur Aslanova dəfələrlə şikayət edilsə də məsələ həlllini tapmamaqdadır. Aynurə Hacıkərimovanın sözlərinə görə, müraciətinə baxılmamağı təqdirdə Ədliyyə nazirliyinin yanında aksiya edəcəyini və özünü benzinlə yandıracaq:

"Şəmkir rayonunun Kür qəsəbəsində yaşayıram. Himayəmdə üç övladım var. Doqqul ildir ki, yoldaşım Abidi Niyyaməddindən ayrılmışam. Hər bir uşağa 120 manat aliment kəsilib. İşə Şəmkir rayon Məhkəməsində baxılıb. Keçmiş yoldaşım da Şəmkir rayonunun Kür qəsəbəsində yaşayır. Özünün orda şəxsi darvaza sexi var, orda işləyir. Amma alimenti düzgün qaydada ödəmir. Kefi nə vaxt istəsə, o zaman aliment ödəyir. Artıq 9 ildir ki, övladlarıma aliment verilmir. İcra məmuru Zaur Aslanova dəfələrlə şikayət etsəm də, heç bir köməklik etmir. İşə düzgün baxılmır. 9 ilə 16 min manat aliment borcu yğılılıb qalıb. Hər dəfə müraciət edən zaman icraçı səbəb olaraq belə deyir: "Borclunun himayəsində bir az yaşlı uşağı var. Allahına şükr et ki, 100 manat ödəyir". Mən başa düşmürəm ki, bu nə dərəcədə doğrudur. Əlbəttə ki, bir icra məmuru belə deyərsə, vətəndaş aliment ödəməz. Belə çıxır ki, mənim övladlarımın yaşamaq və qidalanmaq haqqı yoxdur. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin. Bu nə dərəcədə dorğudur?...Bir uşağa görə, mənim üç övladım acından ölməlidir?...Hansı ki, borlcunun himayəsində olan azyaşlı övlada dövlət yetim pulu ödəyir. Bəs dövlət mənim uşaqlarımın haqqının ödənilməsi üçün niyə köməklik etmir?...Böyük övladım 11-ci sinifdə, ikinci övladım 10-cu sinifdə, üçüncü övladım isə 4-cü sinifdə təhsil alır. Bəs indi mən onları necə böyüdüm?...Neçə ildir ki, adiyyatı qurumlara müraciət edirəm. Lakin köməklik göstərilmir. Bu qədər qanunsuzluq olmaz. Bir çıxış yolum qalır ki, övladlarımı Ədliyyə nazirliyinin önünə aparım və üstümə benzin töküm yandırım. Çox çarəsiz qalmışam. Əgər icra məmuru bunu bacarmırsa, dövlət bizə köməklik etsin".

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA