📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadını döyüb pəncərəsini daşlayan şəxsi - Polis saxladı-Yenilənib

2026-11-26 10:52:20

Qadını döyüb pəncərəsini daşlayan şəxsi - Polis saxladı-Yenilənib

Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb.

Hurriyyet.net xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub.

O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib.

Digər bir kadrlarda isə sözügedən şəxsin qadının evinə hücum edərək pəncərəyə daş atdığı görünür.

Əldə etdiyimiz məlumata görə, hadisə polis tərəfindən araşdırılır.

***

Əldə etdiyimiz məlumata görə qadına qarşı zorakılıq edən şəxs polis tərəfindən saxlanılıb.

Araşdırma aparılır.