📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadınlar günü məqsədilə fləşmob keçirmək qadağan edildi

2022-03-05 14:30:00

Qadınlar günü məqsədilə fləşmob keçirmək qadağan edildi

Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilməsi qadağan edilib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, pandemiya bağlı məhdudiyyətlər qüvvədədir: 

"Paytaxt ərazisində hansısa məzmunda, sayda fləşmobun təşkilinə və keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir".

Qeyd edək ki, martın 6-da Ağ Şəhər ərazisində bu mövzuda keçirilməsi planlaşdırılan 1200 nəfərlik fləşmob da artıq ləğv edilib.