📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qafanda erməni şagirdlərə adətlərimiz öyrədilir - FOTO

2022-06-01 12:28:00

Qafanda erməni şagirdlərə adətlərimiz öyrədilir - FOTO

Qafandakı orta məktəblərin birində coğrafiya müəllimi Lilit Ayrapetyan 8A və 8B sinifləri üçün Azərbaycan və Türkiyə ilə bağlı məlumatlandırıcı dərs keçib.

Hurriyyet.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

8-cilərə milli adət-ənənələrimiz, mətbəximiz və s. təqdim edilib. Bu da erməniləri lərzəyə salıb.

Qeyd edək ki, Lilit Ayrapetyan Ermənistanın ombudsmanı Kristine Qriqoryanın qohumudur.