📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qafanda insident: Erməni polisi rusiyalı hərbçiləri nəzarətə götürdü

2021-11-09 19:54:00

Qafanda insident: Erməni polisi rusiyalı hərbçiləri nəzarətə götürdü

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

Rusiya vətəndaşları – 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri – 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər.

Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. \\Kanal