📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qafarova deputatın çıxışına etiraz etdi - VİDEO

2025-04-22 23:52:54

Qafarova deputatın çıxışına etiraz etdi - VİDEO

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

Hurriyyet.Az xəbər verir ki, deputat mədəniyyət abidələrinin iş adamlarına verilməsini təklif edib.

“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilə bunlar?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?!” - S.Qafarova bildirib.

İctimai TV-yə istinadən həmin kadrları təqdim edirik: