"Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik" - Türkiyə Prezidenti
2024-01-27 17:58:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.
R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır.
report.az