📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qala Broyler” cərimələndi

2022-04-14 23:58:00

“Qala Broyler” cərimələndi

“Qala Broyler” MMC-yə cərimə protokolu yazılıb.

Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib. \\Pravda.az