"Qalatasaray" - "Fənərbaxça" matçı baş tutmaya bilər - Ərəblərdən qadağa
2023-12-29 21:19:39
Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” superkubok matçı təxirə salına bilər.
Buna səbəb matçın keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir.
21:45-də başlamalı olan matçın təxirə salınacağı gözlənilir. Hər iki komanda rəhbərliyi “Atatürk” yazılı köynəklərə icazə verilməyəcəyi halda meydana çıxmayacaqlarını bildirib.\\Redaktor.az