📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" - "Yuevntus" qqarşılaşması hansı kanaldan yayımlanacaq?

2026-02-17 15:27:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyun günündə bir neçə maraqlı qarşılaşma Azərbaycan və Türkiyə telekanalları vasitəsilə canlı yayımlanacaq.

Azərbaycanda azarkeşlər oyunları iki kanal vasitəsilə izləyə biləcəklər.

“CBC Sport” saat 21:45-də “Qalatasaray” – “Yuventus” matçını, gecə saat 00:00-da isə Dortmund “Borussiya”sı ilə “Atalanta” arasındakı görüşü efirə verəcək. 

Eyni saatda – 00:00-da “İctimai TV” Portuqaliyanın “Benfika” klubu ilə İspaniyanın “Real” komandası arasındakı qarşılaşmanı yayımlayacaq.

Türkiyədə isə azarkeşlər saat 21:45-də start götürəcək “Qalatasaray” – “Yuventus” oyununu TRT-1 kanalı vasitəsilə canlı izləyə bilərlər.