📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" adı "Fənərbağça" ilə hallanan daha bir məşhuru transfer edir

2023-08-25 20:22:27

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Sarı-qırmızılılar" "Tottenhem"in mərkəz yarımmüdafiəçisi Tanqi Ndombele üçün hərəkətə keçib.

Məlumata görə, QS rəhbərliyi 26 yaşlı fransalı futbolçu üçün qarşı tərəflə danışıqlar aparır. Nndombelenin də Türkiyə çempionatında çıxış etmək istədiyi bildirilir.

Qeyd edək ki, sözügedən oyunçu ilə "Fənərbağça" da yaxından maraqlanır.\\Offsideplus.Az