"Qalatasaray" Almaniya klubunun futbolçusunu transfer edir
2023-04-19 19:11:00
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisi Almaniyanın "Ştutqart" klubunun 26 yaşlı yarımmüdafiəçisi Atakan Karazoru yayda sıralarına qatmağa çalışacaq.
Adıçəkilən oyunçu üçün qarşı tərəflə danışıqlar aparılır.
Qeyd edək ki, türkəsilli futbolçu Almaniyada dünyaya göz açıb. O, Dortmund "Borussiya"sının ikinci heyətində də çıxış edib.\\Offsideplus.az