"Qalatasaray" "Arsenal"ın tanınmış futbolçusunu gətirir
2023-03-04 19:11:00
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisi, London "Arsenal"ının vingeri Emil-Smit Rounu sıralarına qatmağa yaxındır.
"Cim-bom" rəhbərliyinin 22 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqları müsbət yekunlaşıb.
Onun yayda icarə əsasında "Qalatasaray"a keçəcəyi dəqiqləşib.
Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Smit Rou 2018-ci ildən "Arsenal"ın əsas komandasına məxsusdur.\\Offsideplus.az