📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" "Beşiktaş"da oynamış ulduz futbolçunu transfer edir

2022-07-15 20:46:00

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Cim-bom" vaxtilə "Beşiktaş"da çıxış etmiş hücumçu Vinsent Abubakarı transfer etməyə yaxındır. "Sarı-qırmızılılar"ın yeni baş məşqçisi Okan Buruk 30 yaşlı forvardı sərəncamında görmək istəyir.

"Qalatasaray" rəhbərliyi Abubakarın hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Futbolçunun transferinin yaxın günlərdə açıqlanması gözlənilir.

Qeyd edək ki, Abubakar 2020/2021 mövsümündə "Beşiktaş"da çıxış edib. \\Offsideplus.az