📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" daha bir ulduz futbolçunu transfer edir

2022-09-15 19:50:00

Türkiyənin "Qalatasaray" klubu sıralarını daha bir məşhur futbolçuyla gücləndirməyə hazırlaşır.

Hurriyyet.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Lester"in türkiyəli müdafiəçisi Çağlar Söyüncünü transfer edəcək. 26 yaşlı futbolçu cari mövsümün sonunda "cim-bom"a keçəcək.

Qeyd edək ki, Çağlar 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyur. Onun "tülkülər"lə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.