📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" əfsanəvi futbolçunun oğlunu transfer edir

2023-01-25 19:48:00

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi vaxtilə bu klubun formasını geyinmiş əfsanəvi George Hacinin oğlu İanis Hacini sıralarına qatmağa yaxındır. 

"Cim-bom" rəhbərliyi 24 yaşlı rumıniyalı hücumçu üçün Şotlandiya "Reyncers"inə təklif göndərib. Haci hazırda "Qalatasaray"ın baş məşqçisi Okan Burukun sərəncamında görmək istədiyi əsas futbolçudur.

Qeyd edək ki, George Haci 1996-2001-ci illərdə Super Liqa təmsilçidində forma geyinib.\\Offsideplus.az