📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray"-ın oyunçusu komandasından istefa verib

2024-06-04 13:05:27

Hurriyyet.az

Super Liqa təmsilçilərindən "Qalatasaray"ın vitse-prezidenti Erden Timur istefa verib.

Hürriyyət.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

"Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmən açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim", - deyə o bildirib.

"13-14 aydır ki davamlı planlı atılan şər-böhtanlara dözməyimin səbəbi məhz Qalatasaraydır" Bu sözləri Erden Timur açıqlamasında dilə gətirib.

 

Erden Timur, İcardi haqqında da danışdı:

"Icardi xüsusi bir insandır. Onunla hislərimi paylaşmadım, amma o anlayır. Dostluğu səmimidir. Belə bir şeyin baş verəcəyini düşünmürəm, amma əhəmiyyətli rəqəmlərlə təklif gələrsə, bilmirəm. Mənə həmişə dəstək olan az sayda insanlardan biri idi."