"Qalatasaray" orta xəttə məşhur futbolçu transfer edir
2023-08-12 20:23:00
Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.
İstanbul təmsilçisi yarımmüdafiə xəttini məşhur futbolçu ilə gücləndirəcək.
Belə ki, "sarı-qırmızılılar" bu mövqeyə Madrid "Atletiko"sunun futbolçusu Saul Nigesi gətirəcək.
Məlumata görə, 28 yaşlı ispaniyalı oyunçunun meneceri ilə görüş keçirilib.
La Liqa klubundan ayrılmaq niyyətində olan Saulun "Qalatasaray"a keçmə ehtimalı böyükdür.\\Offsideplus.Az