📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" PSJ-nin tanınmış futbolçusu ilə razılıq əldə etdi

2023-05-16 19:52:00

Türkiyənin "Qalatasaray" klubu PSJ-də çıxış edən Renato Sançesi transfer etməyə çalışır.

İstanbul təmsilçisi artıq futbolçu ilə danışıqlar apararaq onun razılığını alıb. Bildirilir ki, futbolçunun "Qalatasaray"da forma geyinmək üçün iki şərti var. Renato Sançes "Qalatasaray"ın Türkiyədə çempion olmasını gözləyir. Futbolçunun digər şərti isə "Qalatasaray"ın Çempionlar Liqasına vəsiqə qazanmasıdır. 

Qeyd edək ki, Sançes 2019-cu ildən PSJ-də forma geyinir. \\Offsideplus.az