"Qalatasaray" tanınmış futbolçunu geri qaytarır
2023-06-14 19:57:00
Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.
İstanbul təmsilçisi sabiq futbolçusunu yenidən rənglərinə bağlamaq niyyətindədir.
Söhbət mərkəz müdafiəçisi Markaodan gedir. Belə ki, "Cim-bom" rəhbərliyi hazırda İspaniya "Sevilya"sında çıxış edən braziliyalı futbolçunu yayda yenidən transfer etməyə çalışacaq. Artıq qarşı tərəflə danışıqlar prosesinə start verilib.
Bildirək ki, Markao 2022-ci ildə "Qalatasaray"dan "Sevilya"ya keçib. Onun Əndəlüs təmsilçisi ilə 2027-ci ilədək müqaviləsi var. \\offsideplus.az