"Qalatasaray" ulduz futbolçunun klubu ilə razılığa gəldi
2022-09-05 19:51:00
"Qalatasaray" uzun müddətdir heyətinə qatmağa çalışdığı Mauro İkardi transferini müsbət sonluqla yekunlaşdırıb.
İstanbul təmsilçisi 29 yaşlı oyunçunu icarəyə götürməklə bağlı Paris klubu ilə razılığa gəlib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Xəbərə görə, argentinalı hücumuçu sabah Türkiyəyə gedəcək. Bir gün sonra isə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Razılaşmaya əsasən, "sarı-qırmızılar" Fransa klubunda 8 milyon avro qazanan İkardiyə illik 3 milyon avro maaş, futbolçunun menecerinə isə 1 milyon avro ödəyəcək.
Forvardın maaşının 5 milyon avro olan hissəsi isə Paris təmsilçisi tərəfindən veriləcək.
Qeyd edək ki, İkardi 2019-cu ildən PSJ-də oynayır. \\Offsideplus.az