"Qalatasaray" ulduz hücumçunu transfer edir
2023-07-29 19:21:00
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
İstanbul təmsilçisi, Madrid "Atletiko"sunun hücumçusu Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.
"Sarı-qırmızılılar" tezliklə 23 yaşlı portuqaliyalı futbolçunun keçidi üçün danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Feliks "Atletiko"dan ayrılmaq istəyir. \\Offsideplus.az