📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Qalatasaray" və "Fənərbaxça" Atatürkə sahib çıxdı" - XAQANİ CƏFƏRLİ

2023-12-30 10:52:25

"Niderlandın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders Ər-Riyyada baş verənlərə sosial şəbəkə üzərindən "Atatürk 10-0 Səudiyyə Ərəbistanı" ifadəsi ilə reaksiya verib"

"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda oynanılması gözləniən Türksell Super Kubokunun final oynunu "Qalatasaray" və "Fənərbaxça"nın meydana çıxmaması nəticəsində ləğv edilib. Türk futbol klublarını meydana çıxmaqdan imtina etməyə vadar edən səbəb isə Səudiyyə Ərəbistanı rəsmilərinin Mustafa Kamal Atatürkün şəkli olan pankart və köynəklərə icazə verməməsidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloq bildirib ki, bədəvi ərəblərin bu aşağılayıcı davranışına qarşı "Qalatasaray" və "Fənərbaxça" komandaları tarixi addım ataraq meydana çıxmamaq qərarı verib: "Türksel Super Kubokunun finalının Ər-Riyyada keçiriləcəyi məlum olduğu andan Türkiyənin nüfuzlu ictimai rəy liderləri Türkiyə Futbol Federasiyanın bu qərarına etiraz edirdilər. Səudiyyə Ərəbistanın dünyada imicini yaxşılaşdırmaq üçün vəliəhd Məhəmməd bin Salman bir müddətdir ki, belə tədbirlər təşkil etməyə başlayıb. Məşhur idmançılar, xüsusilə də futbolçular çox böyük əmək haqqı və ya qonarar müqabilində Səudiyyə Ərəbistanına dəvət olunur, müxtəlif idman yarışları təşkil olunur. Türksell Super Kubokunun finalı da bu məqsədə xidmət etməli idi".

Xaqani Cəfərli iddia edir ki, Türksel Super Kubokunun finalının Ər-Riyyada oynalması Türkiyə Futbol Federasiyanın qərarı olsa da, əslində bu qərarın arxasında AKP (Ədalət və İnkişaf Partiyası) iqtidarı dayanır: "Ərəblərin, o cümlədən Səudiyyə Ərəbistanının verəcəyi kreditdən çox asılı olan AKP iqtidarı bədəvilərin bütün arzu və istəklərini dərhal yerinə yetirməyə çalışır. "Qalatasaray" və "Fənərbaxça"nın bədəvi ərəblərin aşağılayıcı hərəkətlərinə etirazı Türkiyədə və bütün dünyada geniş əks-səda doğurub. On minlərlə tərəfdar komandalarını qarşılamaq və dəstək olmaq üçün hava limanına yürüş edib. Türk xalqı milli dəyərinə, Atatürkə sahib çıxmaqda davam edir. Niderlandın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders isə Ər-Riyyada baş verənlərə sosial şəbəkə üzərindən "Atatürk 10-0 Səudiyyə Ərəbistanı" ifadəsi ilə reaksiya verib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az