📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray" Zaniolonun əvəzləyicisini "Milan"da tapdı

2023-05-06 19:58:00

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. 

İstanbul təmsilçisi komandadan ayrılacağı gözlənilən 23 yaşlı yarımmüdafiəçi Nikolo Zanioloya əvəzləyici tapıb.

Belə ki, "Cim-bom" italiyalı futbolçunu "Milan"da forma geyinən Çarls de Ketlerlə əvəzləyəcək.

Artıq 22 yaşlı belçikalı oyunçu üçün qarşı tərəflə danışıqlar aparılır.

Qeyd edək ki, Çarls de Ketlerin "Milan"la 2027-ci ilədək müqaviləsi var. \\Offsideplus.az