📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray"a İkardi ilə bağlı şok xəbər - PSJ onu İtaliya nəhənginə satır

2023-01-17 22:16:00

Türkiyənin "Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Hurriyyet.Az İtaliya mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı forvardın müqavilə ilə məxsus olduğu PSJ klubu onu "Milan"a satmağı planlaşdırır. Belə ki, Liqa 1 təmsilçisi "Milan"dan Rafael Leaonu almaq üçün qarşı tərəfə İkardi və pul təklif edir. 

Bu xəbər "Qalatasaray" azarkeşlərini məyus edib. Fanatlar "cim-bom"un əsas futbolçularından olan İkardinin klubdan getməsini istəmirlər.

Qeyd edək ki, argentinalı oyunçu 2020-ci ildən icarə əsasında İstanbul təmsilçisində çıxış edir. \\Offsideplus.az