📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray"dan 100 milyon avroluq transfer həmləsi!

2023-11-21 19:22:29

Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.

İstanbul təmsilçisi qış transfer dövründə 3 məşhur adla güclənmək niyyətindədir.

Belə ki, "Cim-bom" "Tottenhem"dən Rodriqo Bentankur, "Arsenal"dan Tomas Partey və "Lester Siti"dən Vilfrid Ndidini rənglərinə bağlamaq üçün hərəkətə keçib.

Məlumata görə, GS rəhbərliyi üç oyunçu üçün 100 milyon avrosundan keçməyə hazırdır.

"Qalatasaray" adları çəkilən futbolçular üçün danışıqlara başlayıb. \\Offsideplus.az