“Qalatasaray”ın müdafiəçisi komandadan ayrılmaq istəyir
2026-10-18 10:05:21
“Qalatasaray”da əsas heyətdəki yerini itirən Kaan Ayhan karyerasının gələcəyi ilə bağlı qərarını açıqlayıb.
İnformasiyanı “Sabah” yayıb.
Məlumata görə, Türkiyə millisinin müdafiəçisi İstanbul təmsilçisindən ayrılmağı düşünür. 31 yaşlı futbolçu yanvar ayında “sarı-qırmızılar”la yollarını ayırmağı planlaşdırır. Mərkəz müdafiəçisi daha çox oyun təcrübəsi qazanmaq və müntəzəm olaraq meydana çıxmaq imkanı əldə edəcəyi komandaya keçmək istəyir.
Xatırladaq ki, “Qalatasaray” Kaan Ayhanı 2023-cü ilin yanvarında İtaliyanın “Sassuolo” klubundan transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul klubunun heyətində cəmi bir rəsmi qarşılaşmada iştirak edib və həmin matçda yalnız 1 dəqiqə meydanda qalıb. (fanat.az)