📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qalatasaray"ın sabiq ulduzu karyerasını bitirdi

2025-01-24 19:09:49

"Qalatasaray"ın sabiq ulduzu karyerasını başa vurub.

Felipe Melo 41 yaşında futbolla vidalaşıb. Bu barədə braziliyalı sosial şəbəkə hesabında paylaşım edib.

Sabiq "Qalatasaraylı" Braziliyanın "Fluminense" klubunda karyerasını bitirib.

Melo ümumi 800 rəsmi oyuna çıxıb və 62 qola, 24 məhsuldar ötürməyə imza atıb.

 

\\Offsideplus.az