"Qalatasaray"ın ulduzu La Liqa klubunun hədəfində
2024-12-26 19:43:53
La Liqa klubu "Qalatasaray"ın ulduzunu heyətinə cəlb etmək istəyir.
"Real Betis" Mauro İkardinin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" məlumat yayıb.
İspanların qış "transfer pəncərəsi"ndə "sarı-qırmızlar"la danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, İstanbul nəhənginin heyətində 87 oyuna çıxan İkardi 61 qola və 22 məhsuldar ötürməyə imza atıb. \\Offsideplus.az