📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

2026-01-19 23:57:01

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Xəbər verdiyimiz kimi, Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Hurriyyet.Az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur.

Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.