Qalstanyan Azərbaycanla sərhəddə mitinq keçirəcək
2024-06-04 20:07:56
“Vətən uğrunda Tavuş” müxalif hərəkatının lideri Baqrat Qalstanyan iyunun 5-də Azərbaycanla sərhəddə yerləşən Basarkeçər (indiki Vardenis) rayonunun Zod kəndində mitinq keçirəcəyini açıqlayıb.
O, sabah saat 18:00-da toplaşacaqlarını elan edib:
“Biz Zodu seçdik, çünki sərhəd oradan birbaşa görünür”, – Qalstanyan bildirib.
Təxribatçı keşiş yaxın gələcəkdə hərəkatın Sünikə (Zəngəzur) də səfər etməyi planlaşdırdığını bildirib. Lakin o, dəqiq tarix açıqlamayıb. \\KONKRET.az