📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaluzin Sultanoğlu ilə Abxaziyanı müzakirə etdi

2025-02-17 22:13:07

Qaluzin Sultanoğlu ilə Abxaziyanı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin BMT-nin nümayəndəsi Cihan Sultanoğlu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristof Spaeti və AB-nin xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazda sabitliyin təmin edilməsi üzrə məsələlər müzakirə edilib. Əsasən, martda keçirilməsi nəzərdə tutulan Qafqazla bağlı iclasın gündəliyində duran məsələlər, Abxaziya və Cənubi Osetiyada sabitliyin saxlanılması gündəmə gətirilib.