Qandilyan Rusiyada nazir müavini oldu
2024-06-26 13:20:43
Mqer Qandilyan Rusiyanın idman nazirinin müavini vəzifəsinə təyin edilib. "Sputnik Ermənistan" agentliyinin məlumatına görə, 31 yaşlı Qandilyan milliyyətcə ermənidir, Gürcüstanın Axalkalaki rayonunda dünyaya gəlib. Bundan əvvəl Xabarov vilayətinin qubernatorunun müavini vəzifəsini icra edib.
May ayında Xabarov vilayətinin keçmiş qubernatoru Mixail Dyoqtyarov idman naziri vəzifəsinə keçib.
Hürr Tərcüman