📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qandinin əlyazmaları 1,7 milyon dollara satıldı

2026-08-22 12:34:20

Qandinin əlyazmaları 1,7 milyon dollara satıldı

Hindistanın müstəqillik hərəkatının lideri Mahatma Qandinin həyata dair baxışlarını əks etdirən əl yazısı qeydləri hərraca çıxarılıb.

Hurriyyet.media  xəbər verir ki, qeydlər Mumbay şəhərində 1,69 milyon dollara satılıb.

Qandi tərəfindən 1944-1946-cı illər ərzində yazılmış 600-dən çox əlyazma həqiqət, zorakılıqdan imtina və nəfsin cilovlanması mövzularından bəhs edir.

“Saffronart” hərrac evinin açıqlamasında qeyd olunub ki, bu satış “hərracda Hindistan tarixinə aid bir sənəd üçün ödənilən ən yüksək qiymət rekordunu yeniləyib”.

Alıcının kimliyi barədə məlumat açıqlanmasa da, bəyanatda kolleksiyanın Hindistanda qalacağı bildirilib.