Qanlı döyüşlər gedir - ukraynalılar qadın koloniyasına hücum ediblər
Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusu Kursk vilayətinin Malaya Loknya kəndində yerləşən 11 saylı qadı islah koloniyasına çatıblar. Məntəqə Ukrayna sərhədindən 14 km məsafədə yerləşir. Hazırda həmin ərazidə amansız döyüşlər gedir. Rusiya hərbçiləri koloniyanı qalaya çeviriblər, sərt müqavimət göstərirlər. Müdafiədə müəssisənin qarovulçuları da iştirak edirlər. Bu barədə "Bild" nəşri məlumat verib. 2011-ci ildən bəri koloniyada 203 məhkum saxlanılır - onlara 10 ildən 20 ilə qədər həbs cəzaları verilib. Rusiya əsgərləri koloniyanın ətrafında mövqe tutublar, barrikadalar qurublar, keçikçi qüllələrindən atəş mövqeləri kimi istifadə edirlər.
Ukrayna hərbçiləri müdafiəçilərə "Marder" hərbi maşınlarından atəş açır və dronlarla hücum edirlər. Rusiyanın hərbi blogerlərinin məlumatına görə, Malaya Loknya demək olar ki, tamamilə Ukrayna bölmələri tərəfindən mühasirəyə alınıb. Buna baxmayaraq RF Silahlı Qüvvələrinin əsgərləri müdafiədə durmaqda davam edirlər. RF Müdafiə Nazirliyi Malaya Loknyaya bütün hücumların dəf edildiyini bəyan edib. Koloniyada nə qədər məhkumun qaldığı bəlli deyil.
Hürr Tərcüman