📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qanun” Nəşriyyatı 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində

2023-11-08 11:08:53

“Qanun” Nəşriyyatı 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.

Sərgidə “Qanun” Nəşriyyatı da iştirak edəcək. Nəşriyyatımız bu sərgidə də rəngarəng və maraqlı tədbirlərlə, imza günləri və görüşlərə təşkilatçılıq edəcək.

“Qanun” Nəşriyyatı sizləri tanınmış yazıçı və şairlərlə, aktyorlarla və sənət adamları ilə görüşdürəcək.

Eyni zamanda Nəşriyyatımız yeni layihələrini oxuculara təqdim edəcək.

Qonaqların “Elmlər Akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Hürriyyət.az