📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qanuni oğru Vitali Tbilisski İrəvana getdi, Arsen Yerevanskini döydü

2023-11-25 00:33:58

Qanuni oğru Vitali Tbilisski İrəvana getdi, Arsen Yerevanskini döydü

Qanuni oğru Vitali Tbilisski, onu İrəvanda müşayiət edən şəxslər noyabrın 17-də digər qanuni oğru Arsen Yerevanski və “Mercedes” markalı avtomobilin sürücüsü ilə əlbəyaxa olublar.

Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NEWS.am -a verilən məlumata görə, dava zamanı tərəflər ictimai asayişi pozub, bir-birini təhqir edib və bir-birini vurub.

Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Noyabrın 22-də Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb.

Baxış zamanı avtomobildən içərisində kristala bənzər kütlə olan çanta, 2 ədəd psixotrop həb, 2 ədəd tapança aşkar edilərək götürülüb. \\Publika.az