📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qanunsuz ov edən 136 şəxs saxlanılıb

2026-03-13 12:20:49

Qanunsuz ov edən 136 şəxs saxlanılıb

2025-ci ildə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 136 şəxs saxlanılıb. Onlardan 13-ü xarici vətəndaşdır.

"Unikal"ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, maddi sübut kimi 71 ədəd ov silahı, 430 ədəd patron, qanunsuz ovlanmış 369 baş quş, 5 baş heyvan götürülmüş, cərimə tətbiq edilib.