📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

2026-03-07 20:26:23

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 alışdırıcı, 8 tüfəng, 8 patron darağı və 900 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.