📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qanunu pozaraq "əcəb edirəm" deyən sürücü cəzalandırıldı - Rəsmi

2026-02-03 17:37:51

Qanunu pozaraq

 Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla isə "öz qaydaları" ilə davranan sürücü barədə polis hərəkətə keçib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.

Qanunu pozaraq əcəb edirəm deyən sürücü cəzalandırıldı - Rəsmi

Araşdırma nəticəsində "Changan" markalı, 99-KQ-953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və barəsində inzibati qaydada qanunamüvafiq tədbir görülüb.