📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi

2026-04-09 12:21:06

Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə qapalı keçirilən görüşdən sonra qəzəbli paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, “Truth” sosial şəbəkəsindəki hesabında NATO-ya ehtiyacları olanda onları dəstəkləmədiyini yazıb.

“NATO bizə ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenə ehtiyacımız olarsa, olmayacaq. Qrenlandiyanı xatırla, o böyük, pis idarə olunan buz parçasını!!!”, – Prezident bildirib.

Qeyd edək ki, Rutte CNN-ə açıqlamasında Tramp Məyusluğunu  başa düşdüyünü dilə gətirib.