📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaqauz muxtariyyətinin başçısı Moldova Prezidentini məhkəməyə verib

2024-03-19 11:07:40

Qaqauz muxtariyyətinin başçısı Moldova Prezidentini məhkəməyə verib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qaqauz Muxtar Respublikasının rəhbəri Yevgeniya Qutsul onun və rəhbərlik etdiyi muxtar respublikanın ünvanına təhqir səsləndirdiyi ittihamı ilə Moldova Prezidenti Mayya Sandunu məhkəməyə verib.
Sandu bazar ertəsi keçirilən mətbuat konfransında bildirmişdi ki, Qutsulun hökumətin üzvü təyin edilməsi barəsində qərar imzalamayacaq, çünki o, "cinayətkar qruplaşmaya xidmət edir".
Qaqauz Muxtar Respublikasıın rəhbəri seçkilərindən sonra Moldova Prezidenti Mayya Sandu səsvermənin çox sayda qanun pozuntuları ilə keçdiyini bəyan eləmişdi. Moldova polisinin əməkdaşları Muxtariyyətin seçki siyahılarınını və Mərkəzi Seçki Komissiyasının digər sənədlərini müsadirə eləmiş, seçki kampaniyasının qanunsuz şəkildə rusiyapərəst "Şor" partiyası tərəfindən maliyyələşdirildiyi barəsində cinayət işləri açmışdı.
2023-cü il iyulun 19-da Qutsulun inauqurasiyası da Moldova rəhbərliyi tərəfindən tanınmamışdı.
Qutsulun açıqlamasına görə, Sandu və Moldova hakimiyyətinin digər təmsilçiləri muxtariyyətin Rusiyanı düşmən hesab eləmədiyinə görə, qaqauzları cəzalandırırlar.
Qaqauz Respublikası öz muxtariyyətini 1990-cı il avqustun 19-da elan edib.
1994-cü ilin dekabrında Moldova parlamenti muxtariyyətə xüsusi status verilməsi barəsində qanu qəbul edib.
Hürr Tərcüman