📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaqauziya Prezidenti Moldovanın Rumıniya ilə birləşməsinə qarşıdır

2024-04-08 15:22:18

Qaqauziya Prezidenti Moldovanın Rumıniya ilə birləşməsinə qarşıdır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qaqauziya Prezidenti Yevgeniya Qutsul Rumıniya ilə birləşmə ehtimalının Moldova, moldav dili (artıq rəsmən rumın dili adlanır - red.) və mədəniyyəti üçün ölüm olduğunu, rumınpərəst qüvvələrin ölkədə Moldova əleyhinə təbliğat apardığını söyləyib. O, Birinci kanalın efirindəki çıxışı zamanı deyib: "Moldova üçün bu, ölümdür. Moldav dili, mədəniyyəti üçün, moldav milləti üçün ölümdür".
Qutsul bir neçə gün bundan əvvəlki açıqlamasında Kişinyovun Rumıniya ilə birləşəcəyi təqdirdə, Qaqauziya muxtariyyətinin ölkənin tərkibindən çıxacağını bəyan eləmişdi.
Hürr Tərcüman