📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qar uçqunu Quba-Xınalıq yolunu bağladı – FOTO

2022-03-25 23:23:00

Qar uçqunu Quba-Xınalıq yolunu bağladı – FOTO

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

 

 

Report