Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
2026-10-16 23:15:08
ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində səkkiz saatlıq patrul uçuşu həyata keçirdikdən sonra Rumıniyadakı bazasına qayıdıb.
Hurriyyet.net xəbər verir ki, bu haqda “RIA Novosti” agentliyi uçuş məlumatlarına istinadən məlumat yayıb.
“Bombardier ARTEMIS II” təyyarəsi Moskva vaxtı ilə təxminən saat 08:45-də “Mihail Koqalniçanu” aviabazasından havaya qalxaraq Qara dəniz üzərində patrul uçuşuna başlayıb. Təyyarə Moskva vaxtı ilə saat 16:55 radələrində bazaya geri qayıdıb”, - məlumatda deyilir.