📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb

2021-08-05 16:27:00

Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb

Qara dənizdə “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb.

“Report” xəbər verir ki, məlumatı Ukryana Hərbi Dəniz Qüvvələri yayıb.

Təlimlərdə Ukrayna ilə yanaşı ABŞ, Bolqarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan hərbçiləri iştirak edirlər.

Təlimlərin əsas məqsədi çoxmillətli dalğıcların taktiki hərəkətlərini sinxronlaşdırmaq və müxtəlif ölkələrdən olan dalğıcların tapşırıqları birgə yerinə yetirmək bacarıqlarını inkişaf etdirməkdir.