"Qara dənizdə Putinin daha bir gəmisi batıb" - ŞAHİN CƏFƏRLİ
"Əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib"
"Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına məxsus "Sezar Kunikov" böyük desant gəmisi məhv edilib. Əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçi bildirib ki, "Sezar Kunikov" uzunluğu 112,5 metr, eni 15 metr olan, 87 ekipaj üzvündən ibarət 4 min tonluq gəmi idi: "Bu gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadaları batalyonunun komandiri olmuş mayor Sezar Kunikovun adı ilə adlandırılıb. S.Kunikov 1943-cü ilin bu günündə - 14 fevralda həlak olub. 2022-ci il martın 24-də Berdyansk limanına Ukrayna ordusunun raket zərbəsi nəticəsində "Saratov" böyük desant gəmisi məhv edilərkən yanındakı "Sezar Kunikov" zədə almış, onun komandiri, 3-cü dərəcəli kapitan Aleksandr Çirva ölmüşdü".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az