Qara dənizdə Rusiya qırıcısı Britaniya təyyarəsinə raket atıb
2022-10-20 17:07:00
Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya qırıcısının Qara dəniz üzərində Britaniya hərbi təyyarəsi istiqamətində raket atdığını iddia edib.
Hurriyyet.az xəbər verir ki, bunu müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib. Sözügedən hadisə sentyabrın 29-da baş verib.
Nazirin sözlərinə görə, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus silahsız “RC-135W Rivet Joint” kəşfiyyat təyyarəsi iki Rusiya Su-27-nin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə beynəlxalq sularda patrul xidməti həyata keçirib. Lakin sonradan qırıcılardan biri raket atıb. 90 dəqiqəlik uçuşdan sonra “RC-135W” təhlükəsiz şəkildə geri qayıdıb.
yeniavaz.com