📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qara milliyə çağırılmamasının səbəbini yaxşı bilir" - Canni De Byazi

2022-09-21 22:51:00

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin yığmaya dəvət etməməsinə münasibət bildirib.

66 yaşlı mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında danışıb:

"Qara Qarayev milliyə çağırılmamasının səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək. \\Fanat.Az